Türk azarkeşlər tarixə düşdülər

15:13 - 27 Fevral 2015

"Atatürk Olimpiya" stadionunda 63 min 324 azarkeş
 
Avropa Liqasının 1/16 finalında dünən keçirilən "Beşiktaş" - "Liverpul" cavab oyununda yeni rekord müəyyənləşib.
 
Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, həmin qarşılaşmanı stadiondan 63 min 324 azarkeş izləyib. Bu, Avropa Liqasının tarixində mütləq rekorddur.
 
Qeyd edək ki, "Beşiktaş" "Liverpul"u penaltilər seriyasında 5:4 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

Xəbər xətti