İtaliyalı mütəxəssis istefa verdi

19:20 - 27 Fevral 2015

Marçelo Lippi Çin klubundan getdi
 
Çinin "Quançjou Everqrand" klubunun idman direktoru olan Marçelo Lippi istefa verib.
 
Sportal.az xəbər verir ki, 66 yaşlı mütəxəssis qərarını səhhətinin yaxşı olmaması və şəxsi məsələləri ilə əlaqələndirib.
 
Ötən ilin noyabr ayında yaşının çox olmasını əsas gətirərək "Quançjou Everqrand"ın baş məşqçi vəzifəsindən istefa verən Lippini İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaro əvəzləyib.
 
Qeyd edək ki, 2006-ci ildə İtaliya millisi ilə dünya kubokunu qazanan Lippi Çin klubu ilə bir dəfə Asiya Çempionlar Liqasının qalibi olub.

Xəbər xətti