"Bakı" "Xəzər Lənkəran"la oyuna hazırdır

20:15 - 27 Fevral 2015

Paytaxt klubu son məşqinə çıxdı
 
“Bakı” Premyer Liqanın 24-cü turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, paytaxt klubu bu gün Lənkəran şəhərində oyun öncəsi son məşqini keçirib.
 
Saat 17:00-da başlayan hazırlığa yüngül qaçışla start verilib. Ardından futbolçular isinmə hərəkətlərini icra edib.
 
Vacib qarşılaşma öncəsi kollektivdə əhval-ruhiyyəni yüksəldən baş məşqçi İbrahim Uzunca oyunçularına əsasən topla oynamaq tapşırığı verib.

Xəbər xətti