Millimizin hücumçusu 2 dəqiqə oynadı

12:00 - 1 Mart 2015

XXIII turun matçı

 

Almaniya II Bundesliqasında 23-cü turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Dmitri Nazarovun komandası "Karlsrue" səfərdə "Nürnberq"lə qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. Nazarov matçın 88-ci dəqiqəsində meydana daxil olub.

 

Qeyd edək ki, "Karlsrue" 23 turdan sonra 39 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti