"İnter"lə 40-cı oyun

13:14 - 1 Mart 2015

1/4 final mərhələsi

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində martın 4-də “Xəzər Lənkəran” səfərdə “İnter” klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, bu görüş komandalar arasında keçirilən çempionat və kubok oyunları daxil olmaqla, ümumi statistik göstəricilərində 40-cıdı. Üstünlük isə paytaxt təmsilçisindədi.

 

İndiyə qədər keçirilən 39 qarşılaşmanın 9-da “Xəzər Lənkəran” qalib gəlib və 13 oyunda məğlub olub. Qalan 17 matçda heç-heçə qeydə alınıb. Cütlüyün tarixində qapılara vurulan topların sayında 4 top fərqi ilə “bankirlər” irəlidədi: – 41:45. (12cioyuncu.info)

Xəbər xətti