Hücumçu "İnter"lə qarşılaşmada iştirak etməyəcək

15:30 - 1 Mart 2015

Mario Qomes zədələnib
 
İtaliya A seriyasının XXV turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq “Fiorentina” ciddi itkiyə məruz qalıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı futbolçularından sayılan Mario Qomes zədəli olduğu üçün milanlılarla oyunu buraxacaq.
 
Qeyd edək ki, “İnter” – “Fiorentina” matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər xətti