"40 milyon avro belə versələr, o futbolçunu satmayacağıq"

13:54 - 2 Mart 2015

"Biz gənc oyunçulara üstünlük veririk"

 

"İnter"in argentinalı gənc hücumçusu Mauro İkardi yay transfer pəncərəsində komandadan ayrılmayacaq.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə "İnter"in idman direktoru Pyero Auzilio məlumat verib. O, öz açıqlamasında bunları qeyd edib:

 

"İnter" İkardini heç yerə buraxmayacaq. Hətta 40 milyon avro təklif gəlsə də, bu barədə düşünməyəcəyik. Komandanın yeni strategiyası gənc futbolçular üzərində qurulduğu üçün İkardinin xidmətindən yararlanmaq niyyətindəyik."

Xəbər xətti