"Milan"ın iki futbolçusu İnzaqini pis vəziyyətdə qoydu

19:08 - 2 Mart 2015

26-cı tura itkilərlə çıxacaq

 

İtaliya A seriyasında 26-cı tur çərçivəsində doğma meydanda "Verona"nı qəbul edəcək "Milan"ın heyətində 2 itki baş verib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, növbəti matçda da məğlub olacağı təqdirdə postunu tərk edəcəyini söyləyən "Milan"ın baş məşqçisi Flippo İnzaqi iki futbolçunun xidmətindən yararlana bilməyəcək. Bunlar Naydcel De Yonq və Rikardo Montolivodur.

 

Qeyd edək ki, "Milan" - "Verona" matçı martın 7-i saat 23:45-də başlayacaq.

Xəbər xətti