Bombardir "Qarabağ"a qarşı oynamayacaq

15:52 - 3 Mart 2015

Novruzov cəzalı durumdadı
 
Sabah Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qarabağ"la qarşılaşacaq "Bakı" oyuna ciddi itki ilə çıxacaq.
 
Sportal.az xəbər verir ki, komandanın aparıcı üzvü, Premyer Liqamızın bombardiri Nurlan Novruzov cəzalı olduğu üçün sözügedən qarşılaşmanı buraxacaq. 
 
Qeyd edək ki, gənc hücumçu "Sumqayıt"la 1/8 final matçında qırmızı vərəqə alıb.

Xəbər xətti