"Əlincə"dən növbəti qələbə

17:18 - 3 Mart 2015

U-15 liqası

 

Bu gün U-15 liqasında növbəti turun görüşləri baş tutub.

 

Sportal.az xəbər verir ki, "Əlincə" 20-ci turun oyunları çərçivəsində evdə “Fortuna”nı qəbul edib.

 

Ötən tur “Vətən”lə 2:2 bərabərə qalan Masazır təmsilçisi bu oyunda qələbəyə köklənmişdi. Oyunun start fitindən sonra hamılıqla irəli atılan komandanın çıxışı da bunu göstərdi. Ancaq çoxsaylı cəhdlər ilk yarıda nəticəsiz qaldı. 
İkinci yarıda təzyiqi bir qədər də artıran “Əlincə” çoxsaylı qol epizodlarının boşa çıxmasına təəssüfləndi. Yerli azarkeşlərin qol sevinci yalnız son dəqiqəyə təsadüf etdi. Sağ cinahdan hücuma qoşulan Elçin Mustafayevin asmasını Turan Vəlizadə çətin də olsa, tora qovuşdurmağı bacardı. 

 

Beləliklə, "Əlincə" 1:0 hesablı qələbə qazanaraq hesabına daha 3 xalı əlavə edib.

Xəbər xətti