"Simurq" oyun saatını gözləyir

00:56 - 4 Mart 2015

Komanda son məşqinə çıxıb
 
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Simurq” səfərdə "Qəbələ"nin qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, Avroliqaya getmək yolunda əsas rəqibi ilə oyuna hazırlıqları komanda ötən gün tamamlayıb.
 
Qarşılaşmanın keçirələcəyi meydançada son məşqini edən Zaqatala təmsilçisi, oyunöncəsi çalışmaya isinmə hərəkətlərindən sonra qısa ötürmələrdən ibarət tapşırıqlarla davam edib. Üç qrupa bölünərək "kvadrat" oynayan “Simurq” məşqi itirəfli oyun və qapıya zərbələrlə tamamlayıb.
 
Qeyd edək ki, ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Simurq" oyunu saat 19:00-da start götürəcək və qarşılaşma "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq. 

Xəbər xətti