Ruslan Qurbanov debüt etdi, komandası yarımfinala yüksəldi

00:33 - 5 Mart 2015

"Hayduk"dan böyükhesablı qələbə
 
Xorvatiya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. 
 
Sportal.az xəbər verir ki, həmyerlimiz  Ruslan Qurbanovun çıxış etdiyi "Hayduk" da növbəti matçına çıxıb.
 
Gənc hücumçunun komandası öz meydanında "Vinoqradar"la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Oyunda debüt edən Qurbanov 46-cı dəqiqədə meydana daxil olub.  Qeyd edək ki, "Hayduk" iki oyunun nəticəsinə görə, Xorvatiya Kubokunun yarımfinalına vəsiqə qazanıb. 

Xəbər xətti