Millimizin üzvü oynadı, komandası "Seltik"i darmadağın etdi

14:35 - 5 Mart 2015

23-cü turun matçı
 
Şotlandiyada 20 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan ölkə çempionatında 23-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycanın U-19 yığmasının üzvü Cem Fələyin çıxış etdiyi "Aberdin" də növbəti matçına çıxıb.

Komanda səfərdə "Seltik"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Fələk 76 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, "Aberdin" hazırda 55 xalla birinci pillədə qərarlaşıb.

Xəbər xətti