"Bakı" AZAL-la matça itkilərlə çıxacaq

15:50 - 5 Mart 2015

25-cı turun matçı

 

Premyer Liqanın XXV turu çərçivəsində martın 8-i "Bakı" səfərdə "AZAL-ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran"la matçda sarı vərəqə alaraq limiti dolduran "Bakı"nın futbolçusu Qeyrət Əliyev bu matçı buraxmalı olacaq.

 

Qeyd edək ki, Georgios Pelagias da son matçda qırmızı vərəqə aldığı üçün AZAL-la keçiriləcək matçda forma geyinə bilməyəcək.

Xəbər xətti