"Traktor Sazi" ilk qələbəsini qazandı

16:03 - 5 Mart 2015

Asiya Çempionlar Liqası
 
Dünən Asiya Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları baş tutub. 
 
Sportal.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu doğma azarkeşlər önündə Dubayın "Əl-Əhli" klubu ilə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 
 
Qeyd edək ki, Təbriz təmsilçisi qrupdakı ilk oyunda səfərdə Özbəkistanın "Nəsəf Qərşi" klubuna 1:2 hesabı ilə məğlub olub.

Xəbər xətti