İdman direktoru istefa verdi

17:15 - 5 Mart 2015

Petr Leonardi “Parma”nı yarı yolda qoydu 
 
İtaliya A seriyasında yaxşı günlərini keçirməyən “Parma” klubunun idman direktoru Petr Leonardi istefa verib. 
 
Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis komandadan ayrılmasını səhhətində yaranan problemlə  əlaqələndirib.
 
2009-cu ildən klubda çalışan Leonardi “Parma”da vəziyyətin acınacaqlı olduğunun gedişiylə bağlı olmadığını vurğulayıb. A seririyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandanın futbolçuları maaşlarını almadığına görə məşqə və oyunlara çıxmqdan imtina ediblər.

Xəbər xətti