"Simurq" "Qəbələ" ilə matça itki ilə çıxacaq

19:45 - 6 Mart 2015

1/4 finalın cavab matçı

 

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Qəbələ"ni qəbul edəcək "Simurq" itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Zaqatala təmsilçisinin futbolçusu Samir Zərgərov "Qəbələ" ilə keçirilən ilk matçda sarı vərəqə alaraq limiti aşdığından cavab qarşılaşmasında komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Simurq" - "Qəbələ" matçı martın 13-də keçiriləcək.

Xəbər xətti