Klublar yardım edir, komanda növbəti oyununa çıxır

13:19 - 7 Mart 2015

İtalya Klublar Birliyindən "Parma"ya jest
 
İtaliya Klublar Birliyi "Parma"nı düşdüyü ağır maliyyə böhranından qurtarmaq üçün pul yığmağa başlayıb.
 
Sportal.az xəbər verir ki, İtaliya A seriyasında çıxış edən 20 klubun üzv olduğu birlik "Parma"nın düşdüyü vəziyyətlə bağlı növbədənkənar iclas keçirib.
 
İclasın əsas gündəliyi "sarı-göylər"ə mövsümü başa vurmasına şərait yaratmaq üçün lazım olan vəsaiti toplamaq olub. Bu yaxınlarda İtaliya Futbol Federasiyası mövsümü başa vurmaq üçün "Parma"ya 5 milyon avro gərək olduğu məlumatını yaymışdı.
 
Klublar Birliyində keçirilən səsvermədə 20 klubdan 15-i "Parma"ya yardım etməyi boynuna götürüb. "Çezena" isə bu təklifin əleyhinə olub. "Napoli", "Roma" və "Sassuolo" isə bu məsələdə qərarsız olduqlarını bildiriblər. İki həftədi oyunlara çıxmaq üçün lazımi vəsaiti toplaya bilməyən "Parma"nın bu həftə meydana çıxacağı gözlənilir.

Xəbər xətti