"Bakı" hazırlıqlarını tamamladı

00:39 - 8 Mart 2015

Komandada iki itki
 
Premyer Liqanın 25-ci turunda AZAL-ın qonağı olacaq "Bakı" dünən bazasında son məşqinə çıxıb.
 
Sportal.az xəbər verir ki, komanda tam heyətlə məşq edib. Bugünki oyunda komandanın təccrübəli müdafiəçisi Georgios Pelagrios ötən tur qırmızı vərəqə aldığı üçün, yarımmüdafiəçi Qeyrət Əliyev isə cəzalı durumda olduğu üçün komandaya kömək edə bilməyəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

Xəbər xətti