İsrafilov yenə "18-liy"ə düşə bilmədi

12:27 - 8 Mart 2015

"Qranada"dan növbəti 3 xal
 
İspaniya La Liqasında 26-cı turun oyunları keçirilib. 
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasında oynamağa razılıq verən futbolçu Eddi İsrafilovun şərəfini qoruduğu "Qranada" da növbəti matçına çıxıb.   
 
Adıçəkilən komanda doğma arenada “Malaqa” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Son bir neçə turda olduğu kimi, bu dəfə də İsrafilovun adı matçın iştirak ərizəsində yer almayıb.
 
Qeyd edək ki, “Qranada” hazırda 22 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Xəbər xətti