Balayevsiz "Ayntraxt" 4 qolla məyus oldu

00:44 - 9 Mart 2015

Həmyerlimizin adı yenə iştirak ərizəsinə salınmadı
 
Almaniya Bundesliqasında 24-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı qapıçı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Köln"lə qarşılaşıb. Oyun Frankfurt klubunun 4:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Emilin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
 
Qeyd edək ki, Balayevin komandası hazırda 31 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti