"Əlincə" "Abşeron"la heç-heçə etdi

11:36 - 9 Mart 2015

Yoxlama matçı

 

"Əlincə" U-19 komandası yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, “Əlincə” Futbol Klubunun təlim-məşq bazasında baş tutan qarşılaşmada rəqib “Abşeron” olub. 
İlk yarıda qarşılıqlı hücumlar diqqət çəkib. Ancaq hissənin sonunda qonaqlar sol cinahdan qurulan hücumu dəqiq tamamlayıb- 1:0.  İkinci yarıda komanda bir neçə əvəzetmədən yararlanıb. Nəticədə oyunun ssenarisi meydan sahiblərinin xeyrinə dəyişib. Təzyiqi bir qədər də artıran baş məşqçi Vasil Çeişvilinin yetirmələri Rasim İbrahimovla hesabı bərabərləşdirə bilib.

 

Sona doğru bir qədər də fəallaşan komanda matçı elə 1:1 hesablı heç-heçə ilə bitirib. 

Xəbər xətti