Sxadadze "İnter"in 3 futbolçusunu milliyə çağırdı

17:00 - 9 Mart 2015

Baş məşqçi oğlunuda yığmaya cəlb etdi
 
Beynəlxalq yoldaşlıq oyununda Malta, "Avro-2016"nın seçmə mərhələsində isə Almaniya ilə qarşılaşacaq Gürcüstan millisinin heyəti müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Kaxaber Sxadadze həmin qarşılaşmalar üçün 29 futbolçuya dəvət göndərib.
 
K.Sxadadze hazırda çalışdırdığı Bakı "İnter"indən 3 futbolçunu yığmaya dəvət edib. Bunlar müdafiəçi Aleksandr Amisulaşvili, Laşa Salukvadze və hücumçu Baçana Tsxadadzedir.
 
Qeyd edək ki, martın 25-də Malta ilə yoxlama matçında qüvvəsini sınayacaq Gürcüstan millisi 4 gün sonra "Avro-2016"nın seçmə mərhələsində Almaniya ilə qarşılaşacaq. 

Xəbər xətti