Ruslan Qurbanov "Hayduk"da ilk qolunu vurdu VİDEO

20:25 - 9 Mart 2015

"Hayduk" yoxlama oyunu keçirib
 
Xorvatiyanın "Hayduk" klubunda çıxış edən Ruslan Qurbanov çempionatda yenə debüt edə bilməyib.
 
Sportal.az xəbər verir ki, futbolçumuz Split təmsilçisinin səfərdə "Osiyek"ə 1:0 hesabı ilə qalib gəldiyi görüşdə ehtiyatda qalıb.
 
Bununla belə, baş məşqçi Stanko Poklepoviç Splitə qayıtmazdan öncə Osiyekə yaxın olan Jupanya şəhərində ehtiyatda qalan futbolçuları da yoxlamaq qərarına gəlib. "Hayduk" 1000 azarkeşin gözü qarşısında aşağı dəstələrdən birində çıxış edən "Sladorana" klubu ilə yoxlama oyunu keçirib.  Görüş elita təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birincisini start heyətində yer alan Ruslan vurub. 
 
Qeyd edək ki, Ruslan Qurbanov debütünü ötən həftə Xorvatiya kubokunun 1/4 final mərhələsinin cavab görüşü olan "Vinoqradar"la matçda etmişdi. 

Xəbər xətti