"Bakı"nın futbolçusu hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandı

13:22 - 10 Mart 2015

Aşağı liqa klubları da...

 

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, aşağı yaş qruplarında çıxış edən komandalar da cəzasız qalmayıb:

 

 

4 mart 2015-ci il  U-19 Liqasının AZAL – “Bakı” matçının 70-ci dəqiqəsində “Bakı”  klubunun 9 №-li futbolçusu Qurban Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

 

5 mart 2015-ci il  U-17 Liqasının “Neftçi İK İB” – “Neftçi PFK” matçının 79-cu dəqiqəsində “Neftçi PFK”  klubunun 11 №-li futbolçusu Fərid Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

5 mart 2015-ci il  U-16 Liqasının “Sumqayıt” – “Qəbələ İK” matçının 60-cı dəqiqəsində “Qəbələ”  klubunun 6 №-li futbolçusu İlkin Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Oyunun 70-cı dəqiqəsində “Qəbələ”  klubunun 4 №-li futbolçusu Aqşin Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

5 mart 2015-ci il  U-16 Liqasının “Vətən” – “Qarabağ” matçının 80+1-ci dəqiqəsində “Qarabağ”  klubunun 4 №-li futbolçusu Nahid Zülfüqarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

5 mart 2015-ci il  U-16 Liqasının “Bakı” – “Rəvan” matçının ikinci hissəsində “Rəvan” klubu ikinci hissəyə çıxmadığına görə kluba texniki məğlubiyyət verilir, hesab olduğu kimi saxlanılır.

 

3 mart 2015-ci il  U-15 Liqasının “İnter PFK” – “Xəzər Lənkəran” matçının 67-ci dəqiqəsində “İnter PFK”  klubunun 10 №-li futbolçusu Elvin Cəfərquliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

9 mart 2015-ci il  U-17 Liqasının 1/2 kubok mərhələsinin “Bakı” – “Sumqayıt” matçının 52-ci dəqiqəsində “Sumqayıt”  klubunun 20 №-li futbolçusu Nüsrət Şükürzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

Xəbər xətti