Millimizin üzvü 22 dəqiqə oynadı, komandası darmadağına sevindi

19:17 - 11 Mart 2015

24-cü turun matçı

 

Şotlandiyada 20 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan ölkə çempionatında 24-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-19 millimizin üzvü olan Cem Fələyin çıxış etdiyi "Aberdin" doğma meydanda "Dandi" ilə qarşılaşıb. 68-ci dəqiqədən oyuna daxil olan Cem komandasının 3:0 hesablı darmadağınında pay sahibi olub.

 

Qeyd edək ki, 24 turdan sonra "Aberdin" 58 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbər xətti