"Qəbələ" "Əlincə"ni 3 qolla üstələdi

19:58 - 11 Mart 2015

U-19 liqası

 

Bu gün U-19 liqasında növbəti turun görüşləri baş tutub.

 

Sportal.az xəbər verir ki, "Əlincə" 22-ci turun oyunları çərçivəsində doğma meydanda “Qəbələ”ni qəbul edib. İlk yarıda mübarizə əsasən meydanın mərkəzində gedib. Hər iki komanda bir neçə epizodda qola yaxın olsa da, tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıb. 

İkinci hissədə qonaqlar fəallığı bir qədər artırıb. Müdafiə xəttində bir neçə boşluq buraxan "Əlincə" qapısından 3 qol buraxıb. Təsəlli qolu üçün irəli atılan “Əlincə” yekunda 0:3 hesablı məğlubiyyətlə üzləşib.

Xəbər xətti