İmamverdiyevsiz "Elazığspor" heç-heçə etdi

10:57 - 15 Mart 2015

 Qarşılaşma başladığı kimi başa çatdı
 
Türkiyə PTT 1-ci liqasında 24-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası - "Elazığspor" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Samsunspor"la qarşılaşıb. Matç başladığı kimi başa çatıb - 0:0. Bir müddət öncə komandanın məşqlərindən kənarlaşdırılan Cavidin adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
 
Qeyd edək ki, "Elazığspor" hazırda 28 xalla 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti