Balayevsiz "Ayntraxt" 4 qolla qalib gəldi

13:04 - 15 Mart 2015

Həmyerlimiz yenə "18-liy"ə düşə bilmədi
 
Almaniya Bundesliqasında XXV turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Balayevin komandası "Ayntraxt" da növbəti matçına çıxıb.
 
Frankfurt təmsilçisi doğma meydanda "Paderborn"la qarşılaşıb. Matç 4:0 hesabıyla qapıçımızın komandasının xeyrinə başa çatıb. Emilin adı bu dəfə də matçın iştirak ərizəsində yer almayıb.
 
Qeyd edək ki, Balayevin komandası hazırda 34 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti