"Bu məğlubiyyəti unudub, artıq "Napoli"ylə oyunu fikirləşməliyik"

19:20 - 15 Mart 2015

Kevin Kurani avrokubokları düşünür
 
Rusiya Premyer-Liqasının 19-cu turunda derbidə “Spartak”a 1:0 hesabı ilə məğlub olan Moskva “Dinamo”su indi əsas diqqətini Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa yönəldəcək.
 
Sportal.az xəbər verir ki, “Spartak”la oyundan sonra “Dinamo”nun almaniyalı hücumçusu Kevin Kurani əvvəl derbi qarşılaşmasıyla bağlı fikirlərini açıqlayıb:
 
“Bu gün qol vurmaq üçün əla fürsətlər əldə etdik. Həmin imkanları dəyərləndirsəydik, onda oyunun gedişini dəyişə bilərdik. Hesabda geri olandan sonra artıq açıq oyuna getdik. Rəqib müdafiədə sıx oynadığı üçün onlarının qapısına yol tapmaq çətin idi. Bəzi epizodlarda isə bəxtimiz gətirmədi. Bu məğlubiyyəti unudub, artıq “Napoli”ylə oyunu fikirləşməliyik”. 

Xəbər xətti