"Bakı" "Simurq"la matça itkilərlə çıxacaq

00:18 - 16 Mart 2015

Kimlər bu matçda forma geyinməyəcək?
 
Premyer Liqanın 26-ci turunda "Bakı" klub bazasında "Simurq"u qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, "zolaqlılar" bu matça itkilərlə çıxacaq. Belə ki, ötən tur AZAL-la oyunda qırmızı vərəqə alan Jaba cəza səbəbindən tribunada olacaq. Komandanın gənc futbolçularından Mahir Mədətov isə 19 yaşlılardan ibarət milli komandanın heyətində olacağından komandadan ayrı düşüb. Zədəli futbolçu Vüqar Bəybalayevin son durumuna isə oyun günü aydınlıq gələcək.

Xəbər xətti