Nazarov izlədi, komandası qələbə qazandı

01:23 - 16 Mart 2015

Futbolçumuz matçın sonunadək ehtiyat oyunçular skamyasında
 
Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” də növbəti oyununa çıxıb.
 
Sözügedən komanda səfərdə "İnqolştadt"la üz-üzə gəlib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki,  “Karlsrue” 43 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti