"Barselona" "Mançester Siti" ilə matça ciddi itki ilə çıxacaq

21:21 - 17 Mart 2015

1/8 finalın matçı

 

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Mançester Siti"ni qəbul edən "Barselona"da ciddi itki baş verib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, ilk oyunda Mançester təmsilçisini 2:1 hesabı ilə məğlub edən "Barselona"ya bu matçda yarımmüdafiəçi Serxio Busqets zədə səbəbindən kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Barselona" - "Mançester Siiti" matçı sabah Bakı vaxtı ilə saat 23:45-da başlayacaq.

Xəbər xətti