Azarkeşlərə şad xəbər: iç pivəni, futbola bax!

13:02 - 18 Mart 2015

Pivə satışına icazə veriləcək

 

Belarusda futbol oyunları zamanı meydanda pivə satışına icazə veriləcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, hər hansı bir klub bu lisenziyanı əldə etmək istəyirsə müvafiq qurumlarda lazımi prosedurları keçməlidir. Məhz bundan sonra həmin klubun ev oyunlarında pivə satışı təşkil oluna bilər.

 

Qeyd edək ki, bu günə qədər Belarusda yalnız hokkey oyunları zamanı pivə satışı təşkil olunurdu.

Xəbər xətti