"Bakı"nın futbolçuları "Simurq"la matçda ikinci hissəyə çıxmaq istəmirlərmiş

00:54 - 19 Mart 2015

Səbəb Ömər Paşayevin qərarı imiş
 
Dünən baş tutan "Bakı" - "Simurq" matçında  maraqlı hadisə yaşanıb.
 
 
Sportal.az xəbər verir ki, matçın 38-ci dəqiqəsində "Simurq"un cinahdan ötürməsi zamanı "Bakı"nın müdafiəçisi Vüqar Bəybalayev topu uzaqlaşdırmaq istəyərkən qolkiper Elxan Əhmədov topa sahib çıxır. Oyunun baş hakimi Ömər Paşayev bu epizodu qapıçıya pas kimi dəyərləndirir və sərbəst zərbə təyin edir. Sərbəst zərbə qolla nəticələnir və bu qərar "Bakı"nın futbolçuları özündən çıxarır. Futbolçular fasilədə oyunun ikinci hissəsinə çıxmamaq qərarına gəlir. Bu zaman AFFA nümayəndəsi məsələyə qarışır və klubdan xahiş edir ki, oyunu davam etdirsinlər. Bu xəbəri "Bakı" futbolçuları da təsdiqləyib.

Xəbər xətti