"Barselona" və "Yuventus" 1/4 finalda

02:00 - 19 Mart 2015

Növbəti mərhələnin puşkü sabah atılacaq
 
Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.
 
Sportal.az xəbər verir ki, nüfuzlu turnirdə keçirilən növbəti 2 qarşılaşmayla bütün 1/4 finalçılar bəlli olub.
 
“Barselona” doğma metdanda “Mançester Siti”ni qəbul edib. İlk qarşılaşmada rəqibini məğlub edən Kataloniya təmsilçisi cavab matçında İvan Rakitiçin vurduğu qolla növbəti mərhəyəyə yüksəlib.
 
Günün digər oyununda Dortmund “Borussiya”sı “Yuventus”u qonaq edib. İlk görüşdə minimal fərqlə yenilən Yurgen Kloppun komandası evdə 3:0 hesabıyla məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
 
Qeyd edək ki, daha əvvəl “Real” (İspaniya), “Bavariya” (Almaniya), PSJ (Fransa) və “Porto” (Portuqaliya), “Monako” (Fransa) və “Atletiko” (İspaniya”) 1/4 finala adını yazdırıb. 1/4 finalda üz-üzə gələcək komandalara sabahkı kor püşk aydınlıq gətirəcək.
 
 
Çempionlar Liqası 18 final mərhələsiinin cavab oyunları
 
“Barselona” (İspaniya) - “Mançester Siti” (İngiltərə)  1:0 (ilk oyun 2:1)
Qol: Rakitiç, 31
 
 
“Borussiya” (Dortmund, Almaniya) - “Yuventus” (İtaliya)  0:3 (ilk oyun 1:2)
Qollar: Teves, 3, 79,   Morata, 70
 

Xəbər xətti