"Dinamo"dan Avropa Liqasında azarkeş sayına görə yeni rekord

14:26 - 20 Mart 2015

Turnir tarixində ilk dəfə
 
Avropa Liqasının 1/8 final mərhələsində baş tutan "Dinamo"- "Everton" matçı gözlənilməz nəticəsi ilə (5:2) yanaşı, tamaşaçı sayına görə də fərqlənib.
 
Sportal.az xəbər verir ki, "Dinamo"nun oyununu izləmək üçün 67553 azarkeş stadiona gəlib. Bu isə turnirin tarixində rekord göstəricidir.
Avropa Liqasında azarkeş sayına görə fərqlənən oyunlar:
 
1. Dinamo Kiyev - Everton (5:2) - 67553 nəfər
2. "Mançester Yunayted" - "Ayax (2:1) - 67328 nəfər
3. "Beşiktaş" - "Brügge" (1:3) - 65110 nəfər
4. "Beşiktaş" - "Liverpul" (1:0) - 63324 nəfər
5. "Benfika" - "Liverpul" (2:1) - 62629 nəfər

Xəbər xətti