"Mançester Yunayed"də yeni müqavilə

12:50 - 21 Mart 2015

Kerrik daha 1 il "qırmızı şeytanlar"da
 
"Mançester Yunayted" futbolçusu Maykl Kerriklə müqaviləni yeniləyib.
 
Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2015/2016 mövsümünün sonuna qədər uzadılıb.
 
Qeyd edək ki, M.Kerrik bu mövsüm İngiltərə Premyer Liqasında oynadığı 15 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
 
Xatırladaq ki,  M.Kerrik 2006-cı ildən "Mançester Yunayted"də çıxış edir.

Xəbər xətti