"PSJ Poqba üçün təklif göndərmişdi, amma..."

15:24 - 21 Mart 2015

 

"Real" və "Barselona" da onunla maraqlanır"

 

"Yuventus"un gənc ulduz futbolçusu Pol Poqba ilə dünyanın bir çox nəhəng klubu maraqlanır.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Turin klubunun idman direktoru Pavel Nedved bu barədə maraqlı fikirlər səsləndirib:

 

"PSJ Poqba üçün təklif göndərmişdi. Lakin futbolçu ilə maraqlananlar siyahısında təkcə parislilər deyil. "Real" və "Barselona" kimi klublar da onunla yaxından maraqlanır."

Xəbər xətti