"Hal Siti"nin baş məşqçisi Mourinyoya çaxır hədiyyə edib

14:55 - 22 Mart 2015

Stiv Brüs: "Yəqin ki, həmkarım həmin çaxırın dadına baxıb”
 
İngiltərə Premyer Liqasının 30-cu turunda “Hal Siti” doğma meydanda lider “Çelsi”ni sınağa çəkəcək.
 
Sportal.az xəbər verir ki, bu oyun öncəsi “Hal Siti”nin baş məşqçisi Stiv Brüs vaxtı ilə Joze Morinyoya bir yeşik qırmızı çaxır hədiyyə etdiyini etiraf edib:
 
“2003-cü ildə “Birmingem”ı çalışdırdığım zaman Forseli heyətimizə qatmaq istəyirdik. Onda Mourinyo finlandiyalı hücumçunun “Birmingem”ə keçməsinə razılıq verdi. Forsellin gəlişindən sonra komanda turnir cədvəlində vəziyyətini yaxşılaşdırdı.
 
Mourinyo elə bir insandır ki, o hər zaman həmkarlarına kömək etmək üçün əlindən gələni edər. Onun bu yaxşılığı qarşısında da mən Mourinyoya bir yeşik qırmızı çaxır hədiyyə göndərdim. Yəqin ki, həmkarım həmin vaxt çaxırın dadına baxıb”.           

Xəbər xətti