"Atletiko"ya keçməklə düzgün seçim etmədim"

15:31 - 22 Mart 2015

"Özümdən daha yaxşısını gözləyirəm"

 

İcarə əsasında "Milan"da çıxış edən  yarımmüdafiəçi Alessio Çerçi öz karyerası barədə maraqlı məqamlara toxunub.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2012-2014-cü illərdə "Torino"dakı çıxışı ilə diqqət mərkəzinə düşən futbolçu ötən il "Atletiko"ya keçidi ilə karyerasında səhv addım atdığını bildirərək bunları qeyd edib:

 

"Mən özümdən daha yaxşısını gözləyirəm. Bu il mənim üçün çox çətin oldu. "Torino"dan ayrılıb "Atletiko"ya gəlməklə karyeramda səhv addım atmığımı düşünürəm. Mən futbol oynamaq istəyirəm. Bu vaxtdan sonra daha çox çalışıb əvvəlki Çerçini qaytarmaq niyyətindəyəm".

Xəbər xətti