Məhərrəmovun komandası səfərdə məğlub oldu VİDEO

13:55 - 24 Mart 2015

Futbolçumuz üçün 90 dəqiqə
 
Türkiyə PTT 1-ci liqasında 25-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Altınordu" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Cəmşid sonadək mübarizə aparıb. Qeyd edək ki, "Adanaspor" hazırda 28 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti