Türkiyə millisinə şad xəbər, 6 həftə oynamayacaq

14:54 - 24 Mart 2015

"Narıncılar"da ciddi itki

 

Hollandiyanın təcrübəli yarımmüdafiəçisi Aryen Robbenin zədəsinin ciddi olduğu aşkarlanıb.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Bundesliqanın son turunda qarın əzələlərində zədə aldığı üçün 6 həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqdir.

 

Qeyd edək ki, Robbenin AÇ-2016-nın seçmə mərhələsində keçirəcəkləri Türkiyə ilə matçda oynamayacağı dəqiqdir.

Xəbər xətti