"Simurq" 3 əksiklə başladı

20:13 - 24 Mart 2015

Komandada istirahət başa çatdı
 
Milli komandanın oyunu ilə əlaqədar Premyer Liqaya verilmiş fasilədən istifadə edən "Simurq"un məşqçilər korpusu yetirmələrinə martın 23-nə qədər istirahət vermişdi.
 
Sportal.az xəbər verir ki, dünəndən məşqləri bərpa edən Zaqatala klubu növbəti turun hazırlıqlarına start verib. 
 
Çalışmalarda yalnız U-21-in heyətində olan Rəşad Əzizli, Vadim Abdullayev və Vüqar Mustafayev iştirak etməyib. İlk məşq günü baş məşqçi Georgi Çixradze yetirmələrini elə də çox yormayıb. Qaçış və isinmə hərəkətlərindən sonra qısa ötürmələr və qruplara bölünərək "kvadrat" oynanılıb. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb. Bu günkü məşqdə isə əsasən fiziki gücün bərpasından ibarət çalışmalar yerinə yetirilib. 
 
Qeyd edək ki, "Simurq"  Premyer Liqanın XXVII turunda doğma arenada AZAL-ı qonaq edəcək. Qarşılaşma yeni ayın ilk günündə saat 15.00-da start götürəcək.   

Xəbər xətti