"Bakı"nın legioneri komandaya nə vaxt qoşulacaq?

00:35 - 25 Mart 2015

Müdafiəçi bu gün Azərbaycana gəlir
 
Xəbər verdiyimiz kimi, "Bakı" komandası martın 23-dən etibarən "Neftçi" ilə matçın hazırlığına başlayıb.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, klubdan icazə alaraq ölkəsinə yollanan kiprli müdafiəçi Georgios Pelagris bu gün Bakıya gəlir. O, sabahdan etibarən komanda ilə məşqlərə başlayacaq. Qeyd edək ki, bundan əlavə gənc futbolçu Mahir Mədətov da 19 yaşlılardan ibarət milli komandanın heyətində olduğu üçün komandadan ayrı düşüb. 
 
"Neftçi" - "Bakı" matçı aprelin 1-i baş tutacaq.

Xəbər xətti