"Əlincə " - "Sumqayıt" matçında 6 qol

20:53 - 25 Mart 2015

"Kimyaçılar" son dəqiqələrdə məğlubiyyətdən qurtuldu
 
Bu gün U-19 liqasında növbəti turun görüşləri baş tutub.
 
Sportal.az xəbər verir ki, "Əlincə" 24-cü turun oyunları çərçivəsində səfərdə “Sumqayıt”ın qonağı olub. Matçın əvvəlində rəqib komanda daha çox topa sahib olub. Ancaq tədricən baş məşqçi Vasili Çeişvilinin yetirmələri oyunda bərabərlik yaradıb.
 
Hesabı isə “kimyaçılar” açıb. Lakin yarımmüdafiəçi Əli Əliyev oyuna daxil olduqdan sonra hesabı bərabərləşdirib. Növbəti dəfə qapısında qol görən Masazır təmsilçisi bu dəfə müdafiəçi Əli Əliyevin ötürməsinin avtoqolla yekunlaşmasına sevinib. Əlavə olunmuş dəqiqələrdə isə Qara Qarayev komandanı 3:2 önə keçirib. Ancaq matçın bitiminə 1 dəqiqə qalmış qonaqlar başla fərqlənərək yekunda 3:3 hesabını rəsmiləşdirib. 

Xəbər xətti