UEFA "Napoli"ni cəzalandırdı

21:22 - 25 Mart 2015

Komandaya pul cəriməsi
 
UEFA İtaliyanın "Napoli" klubunu cəzalandırıb.
 
Sportal.az xəbər verir ki, buna Neapol təmsilçisinin azarkeşlərinin qaydalara zidd davranışı səbəb olub.
 
Avropa Liqasının 1/16 final mərhələsində "Trabzonspor"la Neapolda keçirilən qarşılaşmada azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi "Napoli"yə baha başa gəlib. UEFA həmin oyunda baş verənlərə görə İtaliya təmsilçisini 60 min avro məbləğində cərimələyib.
 
Qeyd edək ki, Avropa Liqasının 1/4 finalına yüksələn "Napoli" bu mərhələdə Almaniyanın "Volfsburq" klubu ilə qarşılaşacaq. 

Xəbər xətti