"Bakı"nın futbolçusu I Divizion klublarının hədəfində

18:12 - 27 Mart 2015

Müdafiəçiyə "Zirə" və "Şahdağ"dan təkliflər var
 
Mövsümün ilk yarısını "Lokomotiv"də keçirən Salman Atluxanov komanda dağıldıqdan sonra "Bakı"nın əvəzedici heyətinə keçib.
 
Sportal.az xəbər verir ki, sol cinah müdafiəçisi öz oyunu ilə I Divizion komandalarından "Şahdağ" və "Zirə"nin diqqətini cəlb edib. Artıq komandalar futbolçuya rəsmi təklif də göndəriblər. Lakin "Bakı" da futbolçunu əsas heyətə cəlb etmək istəyir, ola bilsin ki, Salman növbəti mövsümdən Premyer Liqada "Bakı"nın heyətində meydana çıxsın. 20 yaşlı futbolçuya Premyer Liqa klublarının da təklif göndərəcəyi gözlənilir.

Xəbər xətti