"Barselona"nın yarımmüdafiəçisi London klubuna lazım olmadı

19:51 - 27 Mart 2015

Sonq komandadan ayrılır
 
"Vest Hem" rəhbərliyi Aleks Sonqun müqavilə haqlarını "Barselona"dan almamaq qərarına gəlib.
 
Sportal.az xəbər verir ki, bu haqda "Inside Spanish Football" məlumat yayıb.
 
Kamerunlu futbolçu mövsümün əvvəlində özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı. Ancaq çempionatın ikinci yarısında Sonq Sem Ellardaysın etimadını qazana bilmir.
 
27 yaşlı futbolçunun "Barselona" ilə olan müqaviləsi 2017-ci ilə kimi nəzərdə tutulub.
 
Cari mövsümdə Premyer Liqada 22 matçda meydana çıxan Sonqun aktivində 1 məhsuldar ötürmə var.

Xəbər xətti