Dadaşov oynamadı, komandası qələbə qazandı

17:57 - 29 Mart 2015

Futbolçumuzun adı "18-liy"ə salınmadı
 
Almaniya Regional Liqasında 25-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun komandası - "Saarbryukken" də növbəti matçına çıxıb.
 
Futbolçumuzun komandası səfərdə "TuS Koblents"lə qarşılaşıb. "Saarbryukken" bu görüşdə minimal hesablı qələbəyə sevinib - 1:0. Dadaşov matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, "Saarbryukken" hazırda 55 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti